2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nazir: “90 mindən çox təhsil işçisi üçüncü doza vaksin vurdurub”

“Ölkə üzrə 60 faiz məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib”

Azərbaycanda müəllimlərin 90 mindən çoxu COVİD-19 əleyhinə üçüncü doza (buster) vaksin vurdurub.

Bu haqda məlumatı təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir ənənəvi təhsilin bərpasının və davamlılığının kütləvi peyvəndləmə ilə əlaqədar olduğunu vurğulayıb:

“İlyarım əvvəl ölkədə gün ərzində yoluxma sayı beş mindən yüksək olanda problemlər yaşayırdıq. Lakin indiki vəziyyətdə məktəblərdə, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk”.

Emin Əmrullayev bu il sentyabrın 17-də açıqlaması zamanı 82 %-ə yaxın təhsil işçisinin peyvənd olunduğunu söyləmişdi.

Bu da 169 862 nəfər təhsil işçisi deməkdir. Ümumi vaksin olunanlardan 138 mindən çox təhsil işçisi hər iki dozanı qəbul edib.

Təhsil naziri həmçinin Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayını açıqlayıb.

Bildirib ki, ölkədə 4400-dən çox məktəb var. Onların 75 faizi, yaxud 3500-ə qədəri tədrisə yararlı vəziyyətə gətirilib.

Nazir əlavə edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə yeni məktəblər tikilir: “Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

Nazir həmçinin məktəblərin istilik problemi haqqında da danışıb. 

Deyib ki, ölkə üzrə 60 faiz məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. 

Hazırda 20 məktəbdə istilik probleminin həlli istiqamətində işlər görülür.meydan tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button