2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nazir: “Azərbaycanda 600-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir”

“Böyük Britaniya ölkəyə 32 milyard dollardan çox sərmayə yatırıb”

“Böyük Britaniya 32 milyard dollardan çox sərmayə yatırımı ilə Azərbaycanda ən böyük faizi təmsil edir. Həmçinin bu gün 600-ə yaxın Britaniya şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu açıqlamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov iyunun 1-də Böyük Britaniya səfirliyinin kraliça II Yelizavetanın taxta çıxmasının 70 illiyi münasibətilə bağlı keçirdiyi tədbirdə səsləndirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında ötən il ticarət dövriyyəsi 7 faiz artaraq 668 milyon dollara yaxın olub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp isə Azərbaycan və Britaniya hökumətlərarası münasibətlərinin çoxşaxəli olduğunu qeyd edib.

Şarp qeyd edib ki, ikitərəfli tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyində əməkdaşlıq, investisiyalar, qeyri-neft sahəsinin inkişafı, Ukrayna xalqına və hökumətinə dəstək kimi fəaliyyət istiqamətlərini əhatə edir.

Səfir həmçinin Azərbaycan prezidentinin kraliçaya Qarabağ atı hədiyyə etdiyini qeyd edib.

Jurnalistlərin suallarını cavablandırarkən Ceyms Şarp Londonun Rusiya işğalını dayandırana, onun işğalının qarşısı alınana və Ukrayna öz ərazi bütövlüyünü bərpa edənə qədər Kiyevi dəstəkləyəcəyini bildirib.

“Mən hərbi ekspert deyiləm, ancaq Ukrayna Rusiya qüvvələrini Kiyev, ölkənin şimal və Xarkov istiqamətlərində geri otuzdura bildi. Düşünürəm ki, son həftələrdə Ukrayna müsbət nəticələr əldə edib. Hazırda müharibənin hansı yerdə olduğunu və dəqiq nəticələri dəyərləndirmək çətindir. Biz bunu qarşıdakı aylarda görəcəyik. Britaniya Ukraynanı hərbi cəhətdən dəstəkləməyə davam edəcək. Biz Ukraynaya yalnız hərbi cəhətdən deyil, həm də humanitar cəhətdən dəstək veririk”, – deyə diplomat vurğulayıb.

Səfir əlavə edib ki, Britaniya Azərbaycanın Ukrayna xalqına göstərdiyi humanitar yardımı yüksək qiymətləndirir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button