2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazir: “Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir”

Bakı/17.09.21 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassettini fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edİb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir rezident əlaqələndiricinin Azərbaycandakı uğurlu fəaliyyətinə görə təşəkkürünü bildirib. C.Bayramov BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini deyib və BMT-nin İnkişaf Proqramı ilə əlaqələri xüsusi vurğulayıb, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının olduğunu söyləyib.

Frakassetti öz növbəsində fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkürünü bildirərək, hökümət tərəfindən BMTİP-in mandatına verilən dəstəyi yüksək qiymətləndirib. -05D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button