2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Nazir Eyvazov karantindən sonra gedir?

Koronavirus dövründə də hakimiyyətin siyasi oyunları davam edir. Aprel ayı ərzində biz məqalələrin əksərriyətini 2016-cı ildə aprel şəhidlərimizə həsr edirik. Lakin bəzən diqər məsələlərə də toxunacayıq. Məsələn general Eyvazovun gözlənilən istefasından söhbət edəcəyik. Əliyevlər durumun gərgin olduğunu anlayır və çevrəsinə daha etibarlı adamlar yığmaq üçün çapalayır. Lakin köhnə sistemin dəyişməsindən söhbət gedə bilməz. Prezident Administrasiyasının tərkibi tamamilə yenilənsə də, köhnə parlament buraxılsa da, deputatlar cəzalandırılsa da, vitse-prezident ətrafındakı 4-5 cavan kadrı irəli çəksə də, rejim yerindədir. Lakin koronavirus rejimi bu yaxınlarda tarixin zibilxanasına tullayacaq.

Hakimiyyətin içindəki klan müharibəsi də səngiməyib. Böyük çoxluğu Naxçıvan klanını təmsil edən köhnə qvardiya üzvləri xoşluqla meydanı Paşayevlərə buraxıblar və masadakı “islahat” planını qəbul ediblər. Lakin koronavirus bütün planları dəyişdirdi. Mehriban Əliyevanın əsas gorxusu budur. O üzdən, köhnə komanda üzvlərinin Naxçivan klanının böyük tərkibi həbs olunacağı ehtimal edilir və Naxçıvan klanından olan kadrların sıradan çıxarılması davam edəcək. Mehriban Əliyeva yaxın gələcək üçün etibarlı monolit komanda formalaşdırmağa can atır və ən kilid nazirliklərin başında da öz adamını görmək istəyir. Bir az əvvəl yazdığımız kimi, şahmat damasındakı fiqurlar aradan çıxdıqca növbəti hədəfin Vilayət Eyvazov olduğu aydın görünməyə başlayır. Karantin rejimindən sonra bəlli olacaq. Son bir il ərzində baş verən hər şey hakimiyyət yolunun Mehriban Əliyeva üçün təmizləndiyini sübuta yetirir. Bu şərtlərdə DİN kimi ən önəmli nazirliyin başında Mehdiyevin adamının qalmasına etibar edərlərmi? Eyvazovun yerinə Paşayevlərin kadrını gətirilməsi gözlənilir, amma planın baş tutub-tutmayacağı işlərin gedişindən asılı olacaq. Bir sözlə, Əliyevlər həmin posta elə birini təyin etmək niyyətindədirlər ki, məlum klanla heç bir bağlılığı olmasın. Üstəlik, aralarında köhnədən ədavət və intriqa varsa, işin daha çox xeyrinə olar.

Saytların yığılması Saytlarin yigilmasi

Şübhəsiz, Əliyevlər özlərinə yaxın adamları vacib postlara yerləşdirməklə arxalarını gücləndirmək istəyirlər, ancaq köhnə komanda üzvləri də asanlıqla təslim olmaq istəmirdi. Amma Naxçıvan klanını təmsil edən bir neçə önəmli kadrın istefaya göndərilməsi ilə bağlı qərar qətidir. Həmin şəxslər sırasında Vilayət Eyvazov birincilərdəndir. Eyvazovun qərara qarşı çıxacağı da ehtimal edilmir, onu susdurmaq üçün əldə nə çox bəhanə. Nazirin indiyədək törətdiyi cinayət dosyesi xeyli qalındır, ömürlük həbsə bəs edəcək qədər qalın. Lakin Əliyev cütlüyü məsələni xoşluqla, tam ağrısız şəkildə həll etmək istəyir. Böyük ehtimalla, ağsaqqalı Mehdiyev kimi onun da könlünü “hörmət-izzətlə” alıb, sakit bir yerə göndərəcəklər ki, özü üçün yaşasın. Şərtlər də masaya elə qoyulacaq ki, Eyvazov böyük oyundan xətasız-bəlasız qurtulduğuna şükür etsin. Çünki karantindən sonra Naxçıvan klanından bir neçə nəfərin həbs olunması ilə bağlı qərarın olduğu da gələn xəbərlər arasındadır.

Ölkənin siyasi mənzərəsi, həqiqətən, çox acınacaqlıdır. Bəlkə də, Azərbaycan öz tarixinin ən dolaşıq mərhələlərindən birini yaşayır. Ailə hakimiyyəti öz maraqlarını qoruyub saxlamaq naminə ölkənin maraqlarını necə gəldi tapdayır. Son iki ilin içində iki mühüm seçkinin vaxtını irəli çəkib, qışın ortasında tələm-tələsi seçki keçirmək, konstitusiyanı dəyişmək, sərbəst toplaşmaq azadlığını qadağan edib, hakimiyyəti ailənin növbəti üzvünə ötürmək planı qurmaq hansı dövlətçilik əxlaqına sığır? Əlqərəz, böyük oyunların içindəyik. Klanlararası savaş da hələ davam edəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button