2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nazir fotosu yayılan direktoru işdən çıxardı

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyevi işdən azad edib. 

Məlumata görə, Mərkəzin direktor müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 
 
 Xəbəri Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

İradə İbrahimova qeyd edib ki, eyni zamanda hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsi ilə cərimə ediliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Adəm İsmiyev və Sakit Şahmarovun qalmaqallı görüntüləri yayılıb. Bundan sonra Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev 12 kalibrli “Huğlu Renova”, həmin mərkəzin direktor müavini Sakit Şahmarov isə “Sayqa 410” markalı ov tüfəngləri ilə Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində yerləşən meşə dolayında fotoşəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşıblar. Bu, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. 

Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button