Now Reading:
Nazir məşhur xəstəxanaya baş həkim təyin etdi

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, bir neçə müddətdir ki, vakant qalan yerə xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyev təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

 

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.