SEÇMƏ

Nazir müavini: “Azərbaycanda 960-dan çox məktəb yararsız vəziyyətdədir”

Yayımlandı: 10 Noyabr 2022 14:51

Həmin məktəblərin təmiri üçün 3 milyarda yaxın vəsait tələb olunur

“Azərbaycanda 434 məktəb tam yararsız vəziyyətdədir. Hazırda bu məktəblərin təmir edilməsi və yenidən tikilişi üçün 3 milyarda yaxın vəsait lazımdır”.

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin ictimai birliklər və dini qurumlar, mədəniyyət, elm və təhsil, səhiyyə, ailə, qadın və uşaq məsələləri komitələrinin birgə müzakirəsi zamanı deyib:

“Azərbaycanda 960 məktəb yararsız və ya təmirsiz olaraq qeydiyyata alınıb. Hər il məktəblərin təmiri üçün işlər görülür. Deyə bilərik ki, hər il 100-dən artıq məktəb təmir olunur və ya tikilir”.

2023-cü ildə dövlət büdcəsindən təhsilə 4,4 milyard manat ayrılacaq.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə bildirmişdi ki, təhsilə ayrılan büdcə yetərli deyil: 

“Büdcədən ayrılan pulları dağıdırlar, müxtəlif, təyinatı olmayan istiqamətdə xərcləyirlər. Hesablama aparmışıq ki, ildə hər bir şagirdə dövlət bücəsindən 2850 manat pul düşür. Əgər həmin pulu hər bir valideynə versələr, öz uşağına repititor tutub, yaxşı öyrədə bilər”.

Meydan TV

Gözdən qaçırmayın:  Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button