2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Nazir müavininin 190 manatlıq yalanı – İŞSİZLƏRİ ƏLƏ SALAN GÖRÜNTÜ

Artıq xəbər verdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi saytından açıqlama yayaraq birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulunun dayandırıldığını bildirib.

Məlumat üçün bildirək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdu.

Həmin plan ictimaiyyətə açıqlanan andan ƏƏSMN-ın ictimaiyyətə təqdim etdiyi saytda müxtəlif müəmmalı problemlər yarandı (Bu barədə hazırladığımız araşdırma ilə bu linkdən tanış ola bilərsiniz).

Saytların yığılması Saytlarin yigilmasi

Bütün bu müəmmalı problemlərin kulminasiya nöqtəsi isə bu gün əhaliyə heç bir əlavə xəbərdarlıq edilmədən birdəfəlik ödəmə ilə bağlı müraciətlərin dayandırılması oldu. Məlumat üçün bildirək ki, buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Real TV”-yə müsahibəsində birdəfəlik ödəmə üçün müraciətlərlə bağlı müddətin 4 may 2020-ci il tarixinədək davam etdiriləcəyini bildirmişdi.

A. Kərimov açıqlamasından çıxarış:

Müraciətlərlə bağlı ilkin qərar veriləndə aprelin əvvəli idi və xüsusi karantin rejimi (XKR) 20 aprelə kimi davam edəcəyi gözlənilirdi. Aprel ayının ortalarında artıq vəziyyət təhlil olundu və qərara gəlindi ki, XKR 4 mayadək uzadılacaq. Bunun əsasında ölkə başçısı tərəfindən növbəti humanist addım kimi qərar verildi ki, müavinət veriləcək hədəf qrupu 3 dəfə artırılsın – 200 mindən 600 minə çatdırılsın.

Bu, eyni zamanda vətəndaşlarımızın müraciəti üçün əlavə vaxt yaratdı. Yəni artıq vətəndaşlarımız tələsmədən 4 mayadək müraciət edə bilərlər. Digər bir vacib məqam da odur ki, hətta mayın ilk həftələrində müraciət etmiş vətəndaşlarımız da iki aylıq müavinət ala biləcəklər. Çünki ilkin olaraq bu müavinət bir aylıq nəzərdə tutulurdusa, hazırda yeni tapşırığa əsasən bu müavinət iki ay məbləğində veriləcək. Ona görə may ayı ərzində müraciət etmiş vətəndaşlarımız iki aylıq məbləğdə bu müavinəti ala biləcəklər. Düşünürük ki, əlavə təlaşa ehtiyac yoxdur

https://youtu.be/ePtUpw9fKY8

Açıqlamadan da göründüyü kimi, nazir müavini 22 aprel 2020-ci il tarixində vətəndaşlara tələsmədən 4 mayadək müraciət edə biləcəklərini deyir. O, həm də bu YALANININ aprelin ortalarında vəziyyətin təhlil edilərək qərar kimi verilməsini də vurğulayır.

Marqlıdır ki, görəsən nazir müavini kimi əhəmiyyətli kürsünü məşğul edən Anar Kərimovu geniş ictimaiyyətə yalan danışmağa nə və yaxud da kim məcbur edib?

24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

11 şərh

  1. “Marqlıdır ki, görəsən nazir müavini kimi əhəmiyyətli kürsünü məşğul edən Anar Kərimovu geniş ictimaiyyətə yalan danışmağa nə və yaxud da kim məcbur edib?”

    Nazir müavinini buna, pulun yekunlaşması məcbur edib 😃 bunu başa düşməyə nə var ki?

  2. Salam. Ailəli olub ayrılmışam 2 qız evladım var. Aliment almıram tələb edirəm vermir alimenti . 110 manat pensiya alıram. Mən hansı pul ilə iki körpə balama baxım? Bakıya gəldim qadın canımla işləmək üçün hər yer bağlandı. Ama Uşaqlarıma heçnə ala bilmirəm. Belə şey olmaz axı!?

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button