2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nazir: “PETKİM-də aparılan yoxlamaların SOCAR-la əlaqəsi yoxdur”

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edən SOCAR-ın prezidenti R.Abdullayev tədbirdən sonra Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyində nazir Berat Albayrakla görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

 

Görüşdə nazir SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrin gedişi və Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə maraqlanıb. Görüşdə SOCAR-ın investisiya layihələrinin qrafikə uyğun şəkildə icra olunduğu, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib.

 

SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə də TANAP və “Star” layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən B.Albayrak bu layihələrin hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

Görüşdə 15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o cümlədən, “Petkim”də dövlət orqanları tərəfindən aparılan bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub, bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.

 

Türkiyənin enerji və təbii sərvətlər naziri SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən tam dəstəkləndiyini bir daha nəzərə çatdırıb.

 

Görüşdə Türkiyədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsi üçün yeni investisiya perspektivlərinin bir sıra aspektləri də müzakirə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button