2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Nazir polisə işləmək istəyənləri seçdi

Daxili işlər naziri Ramil Usubov aprelin 20-də polisdə işləmək istəyənlərin arasından yenə seçim edib.

Nazirliyin mətbuat xidməti bildirilir ki, seçim “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında” prezident fərmanının icrası çərçivəsində 5 şəhər və rayondan olan vətəndaşlar arasında aparılıb.

Nazirin görüşü Xaçmaz Rayon Olimpiya İdman Kompleksində baş tutub.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir – Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızıdan olan 460 sakin arasından seçim edib. Ramil Usubov onlardan 72-ni polis və Daxili Qoşunlarda xidmətə, 127 nəfəri isə mülki işçi vəzifələrinə namizəd kimi seçib. Seçilənlərin sənədlərinin hazırlanması üçün müvafiq qurumların rəhbərlərinə göstərişlər verilib.

Prezident İlham Əliyev martın 3-də ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalamışdı. Həmin fərmana görə, polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçilərinə aid təminatlar şamil ediləcək.

Polis orqanları ilə vətəndaşların əməkdaşlığının müxtəlif formaları müəyyən edilib. Onlar birlikdə ictimai asayişin qorunması ilə bağlı hüquqa zidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı tələb irəli sürə biləcəklər.

Nazir bundan əvvəl aprelin 15-də polisə işləmək istəyənlərdən 78, martın 16-da isə 226 mülkü şəxsi namizəd kimi seçmişdi.

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button