2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazir: “Qarabağ danışıqlarında optimist deyiləm”

“Təəssüf ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmıram. Ermənistanlı həmkarım da çıxışlarında yer qoymur ki, nə isə müsbət bir şey müzakirə edək”.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, bütün beynəlxalq təşkilatlar qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Gələn ay Moskvaya səfərim zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya ilə danışıqlarda bu məsələyə toxunacağam. Hansı addımları atacağımızı müzakirə edəcəyik ki, necə edək ki, “status-kvo”nu dəyişək. Hamı bilir ki, məsələ necə həll olunmalıdır. Danışıqlar masasının üzərində hansı planın olduğunu, məsələni bir günə həll edilməsinin mümkün olmadığını hamı bilir. Qoşunlar ilk növbədə kazarmalara qayıtmalıdır ki, sülhü təmin edə bilək. Bu münaqişə region üçün böyük təhlükədir”. (apa)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button