2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Nazir Sahil Babayevin daha bir yalanı ifşa olundu

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da prezident İlham Əliyevin qəbulunda olarkən deyib ki, əsassız və saxta təyinatların ləğvi nəticəsində əlavə olaraq 200 milyon manat qənaət əldə edilib. Onun sözlərinə görə, bu  vəsait cari ildə pensiya islahatlarına yönəldiləcək. 

“Fakt Yoxla” nazirin bu iddiasının doğru olub-olmadığını araşdırıb.

Sahil Babayevin iddiasına keçməzdən öncə qeyd edək ki, maliyyə naziri Samir Şərifov 2019-cu ilin nəticələrinə həsr olunmuş müşavirədə əlavə transferə ehtiyac olmadığına görə 180 milyon manata qədər qənaətin əmələ gəldiyini bildirmişdi. 

Saytların yığılması Saytlarin yigilmasi

“Bu da onun hesabına baş vermişdir ki, sosial sığorta haqlarının yığılmasında böyük dönüş yaradılmışdır”, –  Şərifov vurğulamışdı.

Şərifovun qeyd etdiyi dönüş il ərzində məcburi sosial sığorta haqlarının yığılması ilə bağlı idi. Qanunvericiliyə görə, məcburi sosial sığorta haqlarının səviyyəsi minimum əməkhaqqı səviyyəsinə bağlıdır (20-50%). Minimum əməkhaqqı ərzində iki dəfə artırılaraq 250 manata çatdırılmışdı. Sosial sığorta haqlarının yığılmasına qeydiyyata alınan muzdlu işçi sayının artımı da təsir etmişdi.

Sahil Babayevin dediyinə görə isə, “saxta və əsassız” təyinatlar pensiyalar, əlillik müavinətləri və ünvanlı yardım təyinatı ilə bağlı olub. Nazir  bu il fevralın 6-da keçirilmiş mətbuat konfransında demişdi ki, 2019-cu ildə 11 minə yaxın vəfat etmiş, 3700-dən artıq əsassız əlillik üzərindən pensiya alan şəxs sistemdən kənarlaşdırılıb, 3000-dən artıq ünvanlı yardım təyinatı isə ləğv edilib.

Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə verdiyi rəydə qeyd olunur ki, 2019-cu ilin ortasına əlilliyə görə pensiyaların orta aylıq məbləği 197,6 manat təşkil edib. 3700 nəfər üçün ləğv edilmiş əlillik üzrə pensiyalardan əldə olunan qənaətin həcmi 8,7 (rəqəmlər yuvarlaqlaşdırılıb) milyon manat edir.

Ötən il iyulun 1-nə olan məlumata görə, yaşa görə pensiyanın orta məbləği 259,3 manat olub. Beləliklə, 11 minə yaxın vəfat etmiş şəxsə görə qənaət 34,2 milyon manat təşkil edib. 

2019-cu ildə sosial yardım alan ailələrə düşən orta yardım məbləği isə 209 manat olub. Belə olan halda, 3000-dən artıq sosial yardım təyinatının ləğvindən əldə edilən qənaət 7,5 milyon manat olmalıdır.

Sahil Babayev həm də ötən ilin oktyabrında qeyd etmişdi ki, il ərzində 2500-dən artıq yanlış, saxta əlillik almış vətəndaş müəyyən olunub. Azərbaycanda əlillik müavinəti 110-150 manat cıvarındadır. Ən yüksək hədd olan 150 manatla hesablasaq, o zaman 2500 nəfər üzrə ləğv edilən təyinatdan əldə olunan qənaət 4,5 milyon manat edəcək. 

Yuxarıda qeyd olunan rəqəmlərə əsasən, ümumilikdə 55 milyon manat qənaət əldə olunub. 

Qeyd edək ki, 2019-cu ilin fevralında həyata keçirilmiş artımdan sonra əlillik üzrə müavinətlərə əlavə 250 milyon manat ayrılmışdı. Sosial müavinətlər üçün ayrılan vəsaitlərin həcmi isə 800 milyon manat təşkil edirdi.

2019-cu ildə proqnozlaşdırılmış illik xərclər 3,9 milyard manat idi. 200 milyon manatlıq qənaət bu xərclərin ən azı 5%-i demək idi. 2019-cu ilin ortasına ölkə üzrə 1 291,3 min pensiyaçı olub. 5% qənaət 64 565 pensiya təyinatının ləğvi deməkdir. 

Beləliklə, ƏƏSMN 2019-cu ildə 200 yox, 55 milyon manata qənaət edib. Bu məbləğ Sahil Babayevin ötən və bu il ərzində verdiyi açıqlamalara əsasən hesablanıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə,  Sahil Babayevin iddiası əsasən yanlışdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button