2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Nazir: “Sentyabrdan minlərlə müəllimin əməkhaqqına əlavələr olacaq”

Yayımlandı: 9 Sentyabr 2022 12:41

“Müəllimlərin 78 faizi sertifikasiyadan uğurla keçib”

“Minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqqına əlavələr olacaq”

Saytların yığılması Saytlarin yigilmasi

“Sertifikatlaşma prosesindən öncə gedən dedi-qodulara baxmayaraq, 98 faiz müəllim sertifikasiya prosesində iştirak etdi. Prosesin sonunda yaxşı nəticələrlə qarşılaşdıq. Artıq minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqqına əlavələr olacaq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbirində deyib.

Nazir bildirib ki, on bir minə yaxın müəllim sertifikatlaşdırmada iştirak edib.

Müəllimlərin 78 faizi sertifikatlaşdırmadan uğurla keçsə də, 22 faizi buna nail olmayıb.

Nazir qeyd edib ki, minimum balı toplamayan şəxslər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak edə bilərlər.

Emin Əmrullayev, Foto: edu.gov.az

Prezident İlham Əliyev 2022-ci il avqustun 18-də “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə), təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə) maaşların aylıq əlavələr olunacaq.

Nazirlər Kabinetinə əlavələrin məbləğlərini sentyabrın 1-dək təsdiq etmək, həmçinin fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button