2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Nazir xidmət rəisini dəyişdi

Baytarlıq Xidmətinə yeni rəis təyinatı olub

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov məlumat verib. O bildirib ki, nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi təyin edilib. Bayandur Rzayev Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirib (1991-1996). 2004-2007-ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun aspirantı olub, daha sonra isə Heyvandarlıq İnstitutunun Qoyunçuluq laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib (2007-2011). 2012-ci yanvar ayından etibarən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, ötən gün, mayın 28-də, nazir İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button