24saat.org Naziri daxmasına qonaq çağıran əlillə bağlı AÇIQLAMA - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Naziri daxmasına qonaq çağıran əlillə bağlı AÇIQLAMA

24saat.org saytı daxmada yaşayan Qarabağ əlilinin problemini ilə bağlı “Qarabağ əlili naziri daxmasına qonaq çağırdı – FOTOLAR” başlıqlı məqalə dərc etmişdi. Həmin yazıya cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat açıqlayıb:

“Ucar rayonu Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun bəzi mətbuat orqanlarında yayılan şikayət xarakterli müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılıb. İkinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun da sosial müdafiəsi üçün zəruri işlər aparılıb. Hazırda ikinci qrup Qarabağ müharibəsi əlili kimi ayda 191,36 manat əmək pensiyası ilə təmin olunan Ş.Qasımova, eyni zamanda, aylıq prezident təqaüdü olaraq hər ay 158 manat ödənilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi istiqamətində də nazirlik tərəfindən müvafiq işlər aparılır. Onların mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ya ləğv olunması müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir. Nazirliyin sifarişi ilə inşa edilmiş mənzillərin bölgüsü də məhz rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdikləri mənzil növbəliliyi siyahıları əsasında aparılır. Ucar rayon İcra Hakimiyyəti tərəfindən nazirliyə təqdim olunmuş fərdi ev tikintisi üçün növbəlilik siyahısında Ş.Qasımov 29-cu şəxsdir. Qasımov Şöhrət Mülkədar oğlu üçün növbəlilik əsasında yaşadığı kənddə fərdi ev tikintisi həyata keçiriləcək”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.