2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Nazirin qardaşı pulundan imtina etdi

Xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi nazirinin qardaşı Əlikram Camalovla onun vaxtilə pul verdiyi Samir Nəbiyev arasında çəkişmə gedir. Nəbiyev nazirin qardaşının şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub.

Nəhayət, Əlikram Camalovla Samir Nəbiyev arasında barışıq olub. Avqustun 30-da keçirilən məhkəmədə nazirin qardaşının vəkili İmaməli Əsgərov deyib ki, həm zərərçəkmiş Camalovun, həm də təqsirləndirilən Nəbiyevin məhkəməyə ərizəsi var. Öncə təqsirləndirilənin ərizəsi elan edilib. Məlum olub ki, o, vəkili Ceyhun Yusifovdan imtina edir.

Saytların yığılması Saytlarin yigilmasi

«Vəkilim Ceyhun Yusifov bir çox saytlara, qurumlara mənim adımdan açıqlama verib. Həmin açıqlamalardan imtina edirəm. Maddi imkanım olmadığım üçün Əlikram Camalovun pulunu qaytara bilməmişəm», – Samir Nəbiyevin ərizəsində belə yazılıb.

Ceyhun Yusifov məhkəmədəki çıxışlarında da, mətbuata açıqlamasında deyib ki, nazirin qardaşı Samir Nəbiyevə pulu sələmlə verib.

Elə Nəbiyev özü də məhkəmədə ifadəsində Əlikram Camalovdan aldığı 18 min manata görə ona 4 min 500 manat, 2 min 500 dollara görə isə 1500 dollar faiz ödədiyini, Camalovun aldığı pulları əsas borcdan çıxmadığını bildirmişdi.

Zərərçəkmiş Əlikram Camalov isə ərizəsində yazıb ki, dəymiş ziyandan imtina edir və Samir Nəbiyevi bağışlayır.

Məhkəmədə təqsirləndirilənin imtina etdiyi vəkil Ceyhun Yusifov da danışıb. O, imtina ərizəsinin qəbul olunmasını istəyib:

«Mənim üçün əsas olan Samirin günahsız yerə tutulmamasıdır. Bu gün də tərəflər barışdı. Ona görə də imtinanı qəbul edin».

Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası hər iki ərizəni qəbul edib.

Daha sonra Camalovun köməkçisi Hidayət Babayev dindirilib. Onun sözlərinə görə, nazirin qardaşı deyib ki, vaxtı olmadığına görə bu məsələ ilə məşğul ola bilmir, bu işi ona həvalə edir:

«Mən Samirin yanına getdim, dedi ki, «pulum yoxdur, bir az gözlə». Sonra gedəndə dedi ki, atası xəstədir, pulun əvəzinə mağazadakı malları təklif elədi. Bir müddət sonra gedəndə gördüm ki, mağaza bağlıdır. Sonradan eşitdik ki, atası rəhmətə gedib, Xırdalanda hüzr mərasimi verir. Gedib başsağlığı verdim. Pul məsələsindən danışanda Samir dedi ki, rayondakı torpağını satıb qaytaracaq. Amma eləmədi. Dedi ki, əmiləri satmağa icazə vermədi. Sonra öz səhhətimdə problem yarandı deyə, maraqlana bilmədim».

Ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Sentyabrın 5-də prokuror çıxış edəcək.

Azadlig.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button