2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Nazirin qardaşı yenidən məhkəməyə çağırıldı

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Məhkəmə istintaqının tamamlanması təklifinə təqsirləndirilən S. Nəbiyevin vəkili Ceyhun Yusifov etiraz edib. O bildirib ki, zərərçəkmiş Əlikram Camalov yenidən dəvət olunub dindirilməli və bəzi xüsusatlar dəqiqləşdirilməlidir. Həmçinin təqsirləndirilən Samir Nəbiyev əlavə ifadə vermək istəyir.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, S. Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə. Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etmək istəyib. Əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.

Ə. Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S. Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək pulu qaytarmayıb.

S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button