Uncategorized

Nazirin qardaşının işində 8 il həbs istənildi

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova aylıq gəlirdən faiz vermək şərtiylə pul alıb qaytara bilməyən Samir Nəbiyevə 8 il həbs cəzası istənilib. Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib.

Prokuror deyib ki, S.Nəbiyevə verilmiş dələduzluq ittihamı məhkəmədə sübuta yetirilib. Təsdiqlənib ki, o, Camalovdan aldığı 18 min manat və 2 min 500 dolları qaytarmayıb.

CAMALOV HƏBS İSTƏMİR

Ardınca Camalovun nümayəndəsi İmaməli Əsgərov isə S.Nəbiyevlə nazirin qardaşı arasında barışıq əldə olduğunu məhkəmənin nəzərinə çatdırıb. Deyib ki, Camalov təqsirləndirilən şəxsə verdiyi puldan imtina edir. Vəkil bütün bunların nəzərə alınmasını və S.Nəbiyevə həbslə bağlı olmayan yüngül cəza verilməsini istəyib.

S.Nəbiyevə son sözə hazırlaşmaq üçün vaxt verilib. Növbəti məhkəmənin vaxtı təyin olunsa da, Nəbiyev deyib ki, həmin gün atasının il mərasimidir. Bu səbəbdən də məhkəmə qeyri-müəyyən vaxta qalıb.

İttihama görə, S.Nəbiyev Camalova icarəyə götürüb işlətdiyi «Brend Elektrik» elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş. Camalov ona birinci dəfə 18 min manat, ikinci dəfə isə 2 min 500 dollar pul verib. Nəbiyev deyir ki, aldığı pula görə nazirin qardaşına bir neçə dəfəyə 4 min 500 manat və min 500 dollar pul verib. Amma devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.

Nəbiyevin vəkili Ceyhun Yusifov isə məhkəmədə bildirmişdi ki, nazirin qardaşı pulu sələmə verib.

Ötən məhkəmədə nazirin qardaşı ilə Nəbiyev arasında razılaşma əldə olunub. Nəbiyev nazirin qardaşını «sələmçi» adlandıran vəkilindən imtina edib, Camalov da pulundan. Hər ikisi də məhkəməyə bu haqda ərizə təqdim edib.

 

(azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close