Xəbərlər

Nazirlər Kabineti: Azərbaycan Türkiyəyə yardım göndərəcək

Yanğınla bağlı 500 nəfərlik canlı qüvvə və helikopterlərin göndəriləcəyi bildirilir

Azərbaycandan Türkiyəyə 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda göndəriləcək.

Bu barədə iyulun 30-da Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı deyib.

Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir ki, tərəflər meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb: “Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək”.

Eyni zamanda, dövlət başçısının köməkçisi Hikmət Hacıyev deyib ki, İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək:

“Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.


24 saat” “Nazirlər Kabineti: Azərbaycan Türkiyəyə yardım göndərəcək” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button