Loading...
Loading...
Xəbərlər

Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı – Ölən və yaralananlar var

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.

“Repor”un məlumatına görə, “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzaya düşənlərin Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olduğu bildirilir.

Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

Faktla bağlı araşdırma aparılır.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button