2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilib

Nazirlər Kabinetinə həvalə edilmiş səlahiyyətlərdən biri ləğv olunub.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Fərmana əsasən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na dəyişiklik edilib. Bu Qayda İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Qaydaya əsasən indiyə qədər investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub. Dəyişikliyə əsasən Nazirlər Kabinetinin bu sahədə səlahiyyəti ləvğ olunub. Bu sahədə səlahiyyət Azərbaycan prezidentinə məxsus olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli fərmanına əsasən Nazirlər Kabineti investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat verməli idi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button