2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Nazirlərin üçtərəfli görüşü olub

Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC-ın məlumatına görə, görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan xarici işlər naziri Rəşid Meredovun birgə mətbuat konfransı təşkil edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Əvvəlcə nazirlər görüşün yekunlarına dair birgə Bəyanatı imzalayıblar.

Sonra onlar üçtərəfli görüşün yekunları ilə bağlı fikirlərini bölüşüblər.

M.Çavuşoğlu bildirib ki, 2014-cü ildə əsası qoyulan Azərbaycan, Türkiyə, Türkmənistan üçtərəfli platforması bölgənin inkişafına mühüm töhfələr verib. Onun deməsinə görə, görüşdə nəqliyyat və enerji məsələləri gündəlikdəki ən əsas məsələlərdən olub. Görüşdə həmçinin, terrorizmlə mübarizə, İslam ölkələri arasında əməkdaşlıq əlaqələrinə dair məsələlər də müzakirə edilib.

C.Bayramov isə Ankarada həm ikitərəfli, həm də üçtərəfli formatda önəmli müzakirələrin aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, görüşdə ticarət, gömrük, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, təhlükəsizlik və bir sıra digər sahələrə dair məsələlər nəzərdən keçilib.

R.Meredov da çıxışında üç ölkənin nazirlərinin iştirakı ilə keçirilən görüşdə çox önəmli məsələlərin müzakirə olunduğunu bildirib.

Azərbaycan xarici işlər naziri C.Bayramovun Türkiyəyə səfəri fevralın 23-də gerçəkləşib. Üçtərəfli görüşdən öncə onun Türkiyə xarici işlər naziri M.Çavuşoğlu ilə də görüşü olmuşdu.

24 saat” “Nazirlərin üçtərəfli görüşü olub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button