Cəmiyyət

Nazirlik 3-cü doza vaksinasiyaya çağırır

Bakı/11.10.21 Azərbaycan Səhiyyə Nazirliyi vətəndaşlara koronavirus infeksiyasına qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranması haqqında çağırış edib. Bu barədə Nazirliyin oktyabrın 11-də yaydığı məlumatda deyilir.

Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.

Məlumatda vurğulanır ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniya və İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.

Məlumatda bu peyvəndləmənin zərurəti koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması və mövsümlə əlaqədar havanın dəyişməsinin də epidemiyanın daha geniş yayılması riskini artırması ilə əlaqələndirilir.

Xatırladaq ki, Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndlənməyə 2021-ci il yanvarın 18-dən strat verilib. İndiyə kimi 8 996 778 vaksin vurulub. -05D-

 

Mənbə:Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button