2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Nazirlik Bakıda uşağın cinsiyyətinin dəyişdirilməsinə münasibət bildirib

Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatının keçirilməsinə münasibət bildirib.

Qanunda belə əməliyyatların qadağan olunması ilə bağlı bənd yoxdur.
“Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl xəstəxananın, klinikanın stasionar və ya ambulator fəaliyyət növünə və profilinə görə müəyyən əməliyyatların icrasına rəy verilir”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, axşam.az saytı Azərbaycanda 12 yaşlı uşağın plastik əməliyyatla cinsiyyətinin dəyişdiriləcəyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Bakıdakı özəl klinikaların birində gerçəkləşdiriləcək əməliyyatdan sonra uşağın cinsiyyəti qadın olacaq.
Əməliyyatı keçirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini söyləyib:
“Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Səhiyyə Nazirliyindən və Məhkəmə Tibbi-Ekspertizasından əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdır. Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.
Əlavə edək ki, əməliyyat artıq keçirilib.(apa)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button