24 saat

Nazirlik qurbanlıq yarmarkaları təşkil edir

Kənd Təsərrüfatı Nazirliyi Qurban Bayramı ilə əlaqədar qurbanlıqların kəsilməsi barədə açıqlama yayıb.

Açıqlamada deyilir ki, nazirlik sentyabr ayının 1-i səhər saat 9:00-dan Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsini nəzərdə tutur.

Nazirlik bildirir ki, eləcə də süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Nazirlik bəyan edir ki, qurbanlıq heyvanların satışının Əliyar Əliyev küçəsi 26, Keşlə bazarının yanında (Nərimanov rayonu), “Nargilə kafesi”nin yanında (Xətai rayonu), Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8-də (Parkın yanında) (Səbail rayonu), Şərifzadə küçəsi 196-da (“İdeal” şadlıq sarayının həyəti) (Yasamal rayonu) təşkil olunması gözlənilir.

Xatırladaq ki, Qurban bayramı bu il sentyabr ayının 1-2-nə təsadüf edir.

“Turan”

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button