2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nazirlik sexdə aşkarladığı 400 kub materialı “ört-basdır” edir?

Bakıda taxta sexlərinin birindən 400 kub metrə yaxın yerli meşə materialı aşkarlanıb.
 
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Məlumata görə Binəqədi rayonunda yerləşən “White Palace” şadlıq evini keçdikdən sonra 250-300 metr sonra sağ tərəfdə yerləşən sexin sahibi İsmayıllı rayon Qalınçaq kənd sakini Qabil Hüseynovdur. 
 
Sexə Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının baxış keçirdiyi deyilir. Lakin iddialara görə Xidmətin əməkdaşları sex sahibi ilə “danışıqlara” gedib məsələni ört-basdır eləmək istəyirlər. 
 
Qlobal.az məsələ ilə bağlı ETSN-nin Ekoloji Təhlükəsizlik Xidmətindən münasibət öyrənib. 
 
“Qeyd olunan sexi, ondan bir gün öncə isə regiondan qanunsuz taxta materialını ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidməti aşkar edib, həmin gün mətbuata məlumat verilib, DİN-ə müraciət olunub, sənədləşmə aparılıb və həftənin birinci günü Baş Prokurorluğa sənədlər təqdim olunacaq. Sex sahibi ilə “danışıqlara” getmək istəyi barədə iddiası olanları hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq”, – deyə qurumun açıqlamasında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button