2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Nazirlikdəki yarım milyonluq yeyinti ilə bağlı hökm verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində əslində işləməyən, amma adı işçilər siyahısında olan şəxslərin adına maaş kartlarına köçürülmüş 451 min manatın yeyintisi ilə bağlı bir ildən çoxdur davam edən məhkəmə araşdırmaları yekunlaşıb. Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu yeyintidə suçlanan beş nəfərə – nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, bu qurumun sabiq baş mühasibi İlqar Hacıyev və departamentin keçmiş üç işçisinə hökm oxunub. Onların hamısına şərti cəza verilib.

Beş nəfərdən yalnız keçmiş baş mühasib həbsdə idi. O da məhkəmə zalından azadlığa buraxılıb. Keçmiş departament rəisi və baş mühasibə 9 il, işçilərinə isə 7 il şərti cəza kəsilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işdə zərərçəkmiş qismində tanınıb. Nazirliyin nümayəndəsi mənimsənildiyi iddia olunan 451 min manatın ödənilməsini tələb edirdi. Hakim hökmü elan edərkən bildirib ki, ziyan ödənilib. Bu məbləğin 300 min manatını sabiq departament rəhbəri istintaq dövründə, qalan 151 min manatını isə baş mühasib məhkəmənin gedişində ödəyib.

“Bunlar havayı deyildi”

Təqsirləndirilən şəxslərdən Hacıyev məhkəmədə ifadəsində deyib ki, saxta işçilərin adlarına açılmış maaş kartlarından o dövrdə nazir olan Hüseynqulu Bağırovun da xəbəri vardı. Hər ay o kartlardan çıxarılan vəsaitlərin bir hissəsi – 10 min manat nazirin özünə çatırdı.

“2018-ci ildə – prezident seçkisinə hazırlıq dövründə nazir departamentin rəhbəri Əkbər Həsənovu çağırıb, 265 min manat istədi. Bunun 215 mini nazirin Salyanda tikdirdiyi zavod üçün idi, 50 min də prezident seçkilərinə görə. Əkbər işlədiyimiz firmalardan birinin rəhbəri Vüqardan faizlə pulu götürüb nazirə verdi. Elə oldu ki, prezident seçkisindən az sonra Hüseynqulu Bağırov vəzifədən çıxarıldı. Faizlə götürdüyümüz pulu o saxta maaşların hesabına qaytarmalıydıq. Biz dəfələrlə rayonlardan nazirin üzüm bağları üçün peyin axtarmışıq. Onun rəhbərlik etdiyi Qərb Universitetinin yeni korpusu tikiləndə nə qədər işləri biz görmüşük. Bunlar havayı deyildi. Pulsuz bu işləri görmək olardı? Daha susmaq yoxdur…”, – Hacıyev məhkəmədə belə demişdi.

Keçmiş nazir isə keçmiş işçisinin söylədiklərinin böhtan olduğunu bildirərək onun böhtana görə məsuliyyətə cəlb edilməsi üçün məhkəmədə iddia qaldırmışdı. Lakin Nəsimi rayon Məhkəməsi Bağırovun şikayətinə baxmaqdan imtina edib. Hakim Babək Pənahov bu haqda qərarında yazıb ki, Bağırov ona böhtan atıldığını təsdiqləyən sübutlar əldə etmədən iddia qaldırıb.

24 saat” “Nazirlikdəki yarım milyonluq yeyinti ilə bağlı hökm verildi” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button