AZ24SAAT.ORG

Now Reading:
Nazirliyin əməkdaşı ailəsi ilə birgə ağır qəzaya düşdü – AZƏRBAYCANDA

Ağstafa rayonunda ağır yol qəzası baş verib.

24saat.org Report-a istinadən xəbər verir ki, Bünyamin Namazovun idarə etdiyi “VAZ” markalı avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə sürücü B.Namazov və avtomobildə olan sənişinlər – 1982-ci il təvəllüdlü İqbal Fazil oğlu Namazov, onun həyat yoldaşı, 1987-ci il Aytən Alı qızı Namazova, 2013-cü il təvəllüdlü Yusif İqbal oğlu Namazov, 1989-cu ci il təvəllüdlü Aygün Valeh qızı Alıyeva və 2017-ci il təvəllüdlü Onur Vüqar oğlu Alıyev ağır bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, İqbal Namazov Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.