2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Nazpəriyə görə həbs olunan şəxsin anası fəryad edir: “Oğlum günahsızdır”

“Mənim oğlumun heç bir günahı yoxdur. Onu şərləyib tutublar, sonra da polis idarəsində ağlasığmaz işgəncələr veriblər. Hətta həbs qərarı veriləndən sonra Şüvəlandakı istintaq təcridxanasına köçürüləndə orada müayinə zamanı işgəncə işləri qeydə də alınıb…”, – Sumqayıt sakini Yeganə Həmidova dövlət başçısına məktubunda belə yazır.
Onun oğlu Asif Həmidov Xalq artisti Nazpəri Dostəliyevanın evindən seyfin oğurlanmasına görə həbs olunmuş beş nəfərdən biridir. Asif Həmidova oğurluqla yanaşı, həm də narkotik ittihamı verilib. Amma Yeganə Həmidova hər iki ittihamın yalan olduğunu bildirir, bu işin obyektiv və ədalətli araşdırılması üçün dövlət başçısının müvafiq orqanlara göstəriş verməsini istəyir.
Ananın sözlərinə görə, oğlunu altı aydır tutub,istintaq təcridxanasında saxlayırlar, amma onunla bağlı heç bir istintaq hərəkəti aparılmır.
“19 avqust 2017-ci ildə bir qrup şəxs müğənni Nazpəri Dostəliyevanın evinə oğurluğa girib. Mənim oğlum taksi fəaliyyəti ilə məşğuldur. Həmin hadisəyə görə təqsirləndirilən şəxslər oğluma müştəri kimi müraciət ediblər. Oğlum da onları istədikləri ünvana aparıb. Nə bilsin ki, bu adamlar ora hansı niyyətlə gedirlər? Hadisə 19-da olub, oğlum 24-də həbs olunandan sonra bilib ki, həmin adamlar ora oğurluğa gediblər. Oğlumu heç bir günahı olmadığı halda, oğurluqla şərləməkləri azmış kimi, üstəlik, maşınına narkotik də atıb, bu ittihamı da veriblər.
Oğlum ifadəsində də göstərib ki, onun bu hadisəyə də, onu törədən şəxslərə də aidiyyəti yoxdur. O, heç bir qruplaşmanın üzvü olmayıb və həmin şəxslərin planlarından, əməllərindən xəbərdar olmayıb”, – deyə Yeganə Həmidova bildirir.
Asif Həmidova qarşı işgəncələrə gəlincə, anasının sözlərinə görə, o, saxlanılarkən polislər tərəfidən döyülüb: “İstintaq Təcridxanasının məktubunda da yazılıb ki, Asif Həmidov təcridxanaya qəbul edilərkənmüayinə zamanı onun gözünün altında, kürəyində, bel nahiyəsində qançırlar, dirsəyində yaralar aşkarlanıb. Onun döyülməsi ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır, lakin indiyə qədər cinayət işi başlanmayıb”.
Xatırladaq ki, Nazpəri Dostəliyevanın evindən içərisində qızıl-zinət əşyaları, pul və sənədlər olan seyf oğurlanıb. Oğurlanan pul və əşyaların bir qismi geri qaytarılıb. Bu hadisəyə görə ümumilikdə beş nəfər həbs olunub. Bunlar Yunis Hüseynli, Ruslan Verdiyev, Cavid Əliyev, Natiq Fərəcov və Asif Həmidovdur. Bu cinayət işi üzrə ibtidai istintaq Nərimanov Rayon Polis İdarəsində davam edir.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button