2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Neft Akademiyasında qətliamdan 12 il ötür

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qətliamdan 12 il ötür. Hazırda bu ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır.

Silahlı hadisə universitetin Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda (təzə korpus) baş vermişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi açıqlamaya görə, universitetə daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov adlı şəxs qarşısına çıxan hər kəsə odlu silahdan atəş açıb, 12 nəfər həlak olub, 13 nəfər yaralanıb. Həmin şəxsin sonra da özünü odlu silahla öldürdüyü bildirilir.

Bu hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb.

İstintaq bir neçə şəxsi cinayət məsuliyyətinə cəlb edib. F.Qədirovun ölümü ilə əlaqədar cinayət işinin ona aid hissəsinə xitam verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqustun 10-da verdiyi hökm ilə iş üzrə təqsirli bilinən Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il azadlıqdan məhrum edilib. Onlar F.Qədirova kənardan dəstək verməkdə günahlandırılıblar.

Amma məhkəmə zamanı həbs edilənlər istintaqın obyektiv aparılmadığını, onlardan ağır işgəncələr altında etirafedici ifadələr alındığını iddia ediblər. Hərçənd, Azərbaycanın hüquq-mühafizə orqanları təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə olmasına dair şikayətləri əsaslı saymırlar, belə məlumatları uydurma adlandırırlar. Həmin vaxt da hüquq-mühafizə orqanları məhkəmədə səslənən bu iddiaları təsdiq etmədilər.

Bəzi ekspertlər bu olayların daha dərin köklərinin olduğunu düşünürlər. Amma istintaq belə düşüncələri haqlı saymayıb.

24 saat” “Neft Akademiyasında qətliamdan 12 il ötür” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button