Loading...
Loading...
İqtisadiyyat

Neft bahalaşa bilər

“Neftin qiyməti bir qədər arta bilər. Bu isə öz növbəsində Amerika Birləşmiş Ştatları (ABŞ) üçün ciddi risk təşkil edir”.

ANS PRESS-in məlumatına görə, bu sözləri “Forbes“ jurnalının şərhçisi Bred Маkmillan deyib. Onun proqnozlarına görə, xüsusilə neft ABŞ iqtisadiyyatına zərbə vurmaq üçün əsas vasitədir.

Makmillan “qara qızıl”ın qiymətlərinin hazırkı artımına diqqət çəkərək qeyd edib ki, tələb təklif arasında yaranan balansdan görünür ki, neftin qiymətləri tezliklə normal səviyyəyə qayıdacaq.

Bir çox başqa analitiklər kimi, Makmillan da o fikirlə razıdır ki, neftin hazırkı maya dəyərinə uyğun olaraq hər barrel üçün nəzərdə tutulan qiyməti 40-60 dollar həddində stabilləşəcək çox güman ki, bu səviyyədə qalacaq.

Müəllif hesab edir ki, bütün bunlara baxmayaraq bəzi amillər var ki, bu proqnoza təsir edə nəticədə hər şey dəyişə bilər.

“ABŞ bəzi digər ölkələrin neft bazarı artan tələbata uyğunlaşmağa vaxt tapmaya bilər. Xüsusilə bu, OPEK-ə üzv dövlətlərin bir-biri ilə razılığa gələcəyi ya ABŞ-da neftin istehsalının daha sürətlə aşağı düşəcəyi halda baş verə bilər.

Onun sözlərinə görə, neftin hazırkı istehsal miqdarı ona olan tələbatı bir-iki faiz üstələyir.

“Əgər tələbat artmağa davam edərsə bir sıra neft ixrac edən ölkələr istehsalı bir az azaldarsa, təklifin artıq qalan hissəsi yoxa çıxacaq”,- Makmillan belə düşünür.

“Forbes” şərhçisinin fikrincə, belə olan halda ABŞ iqtisadiyyatını yaxşılaşdırmaq üçün “əlverişli şərait”dən məhrum olacaq…

Beləliklə, Мakmillan neftin qiymətinin qalxacağını düşünən insanları öz arzularında ehtiyatlı olmağa çağırır.

Şərhçinin sözlərindən belə bir nəticəyə gəlmək olar ki, yaxın vaxtlarda neftin qiymətinin kəskin artımı gözlənilmir.

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var
Back to top button
Telegram kanalımıza abunə olun