Now Reading:
‘Neft bahalaşır, islahatlar unudulur’-Media icmalı

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Azərbaycan dövlətçilik tarixində yeri, Bakıda heykəllər və neftin qiymətinin bahalaşmasının islahatlara təsiri medianın aparıcı mövzularındandır…

Manatı gözləyən təhlükələr

«Novoye Vremya» qəzetində «Neft təmtərağı: «Fitch» ehtiyatlı olmağa çağırır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, bir tərəfdən manatın sabitliyi adamı sevindirir, digər tərəfdən isə bu müsbət meylin özünün də «sualtı qayalar»ı var:

«Mərkəzi Bankın elan etdiyi «üzən məzənnə» heç də üzən məzənnə deyil və daha dəqiq desək, yarımçıq sərbəstlikdir. Manatin məzənnəsini sabit saxlamaq üçün Mərkəzi Bank valyuta müdaxiləsinə əl atır. Ona görə də valyuta və dünya bazarında istənilən təlatüm onun üçün qorxuludur».

Yazıda vurğulanır ki, manata həddən artıq müdaxilə nüfuzlu reytinq qurumlarının müşahidəsindən kənarda qalmayıb. Müəllif «Fitch» beynəlxalq reytinq təşkilatına daxil olan «BMI Research» tədqiqat şirkətinin Avropa ölkələri üzrə risk departamentinin rəhbəri Lukas duş Santuşdan belə sitat gətirir:

«Azərbaycan valyuta məzənnəsini yenidən fəal idarə edir. Belə addımlar iqtisadiyyatda zəruri struktur dəyişikliklərini əngəlləyir, valyuta ehtiyatlarının axması təxribatına səbəb olur. Götürülmüş siyasi xətdən geri çəkilmək onu göstərir ki, enerjidaşıyıcıların qiymətləri artdıqdan sonra ölkə öz köhnə metodlarına qayıtmaq istəyir».

Müəllifin fikrincə, görünür, hökumət və tənzimləyici neftin qiymətinin düşməsi nəticəsində iqtisadiyyatın kəskin kiçilməsi, manatın iki devalvasiyası, nağd dollar çatışmazlığı və bank sistemindəki böhrandan nəticə çıxarmayıb. Ona görə də köhnə əməllərinə qayıtmaq istəyirlər.

Yazıda vurğulanır ki, neftin qiyməti yüksələndə, məmurlar islahat işini bir kənara qoyurlar.
azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.