2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Neft bazarı üzrə – Neqativ proqnoz

ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyi (EİA) yaxın 2 ildə neftin qiyməti üzrə proqnozlaırını aşağı salıb.

Fins.az “Bloomberg” agenliyinə istinadən xəbər verir ki, EİA-nın aprel ayı energetika sektoru icmal hesabatında ABŞ-da yaxın 2 ildə hasilatın artacağı və qlobal neft təklifinin yüksəlməsi fonunda neft qiymətlərində proqnozlarını azaltdığı bildirilib. Agentlik bu il WTI markalı neft üçün 52, “Brent” markalı neft üçün 54 dollar/barel qiymət proqnozlaşdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, agentliyin əvvəlki proqnozunda bu göstəricilər müvafiq olaraq 54 və 55 dollar/barel idi. 2018-ci il üçün isə EİA, WTI markalı neftin proqnozunu 56 dollardan 55-ə endirərkən, “Brent” markalı neft üçün isə 57 dollar/bareldə saxlayıb.

EİA ABŞ-ın 2017-ci ildə gündəlik neft hasilatı proqnozunu dəyişməyib və 9,2 mln. bareldə saxlayıb. 2018-ci il üçün isə bu göstərici 9,7 mln. bareldən 9,9 mln. barel/günə artırılıb. Agentlik bu il qlobal neft tələbinin gündəlik orta səviyyəsini 98,2 mln. bareldən 98,3 mln. barelə yüksəldib. 2018-ci il üçün isə bu göstərici 99,9 mln. bareldən 100,2 mln.-a çatdırılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button