2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Neft bazarında qlobal tənəzzül qorxusu

Yayımlandı: 4 İyul 2022 12:26

“Qara qızıl”ın tədarükü ilə bağlı narahatlıqlar var

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,16 faiz azalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla da neftin barreli 111.27 dollar olub.

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə “WTI” markalı neftin 1 barrelinin qiyməti 0,16 faiz azalaraq – 108,26 dollar təşkil edib.

“Reuters” yazır ki, OPEC-in hasilatının aşağı düşməsi, Liviyadakı iğtişaşlar və Rusiyaya tətbiq edilən sanksiyalar fonunda tədarükün sıx qalmasına baxmayaraq, bazarlarda qlobal tənəzzül qorxusu ağırlaşıb.

Odur ki, neft qiymətləri iyulun 4-dən əvvəlki sessiyadakı qazancları üstələyib.

“Brent” markalı neft 0,3 faiz ucuzlaşaraq barrel üçün 111,27 dollara düşüb.

ABŞ-ın “West Texas Intermediate” (WTI) xam neftinin isə barreli 108,09. dollara enib.

“CMC Markets” analitiki bildirir ki, resessiya (iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsi) qorxuları neft qiymətlərindəki artımı məhdudlaşdıran əsas amildir.

Onun sözlərinə görə, artan dərəcələr və istehlakçı inamının azalması isə yanacağa tələbat proqnozunu pozub:

“Eyni zamanda, məlumatlar ABŞ-ın neft emalı zavodunun gücünün yaxşılaşdığını göstərir. Bundan əlavə, güclü ABŞ dolları xam neft qiymətləri də daxil olmaqla geniş əmtəə bazarlarını zəiflədib”.

ABŞ-da istehlakçı əhval-ruhiyyəsi (iyunda inflyasiya ilə bağlı proqnozun cüzi yaxşılaşmasına baxmayaraq) rekord həddə aşağı düşüb. Çünki Federal Ehtiyat Sistemi inflyasiyanı cilovlamaq öhdəliyinin “şərtsiz” olduğunu və faiz artımı ilə bağlı narahatlıqların artdığını bildirib.

Analitiklər düşünürlər ki, daha kəskin qiymət enmələrinin qarşısını neft tədarükü ilə bağlı narahatlıqlar kəsir. Yəni bu narahatlıqlar neft qiymətlərini yüksək tutur.

İqtisadçı, deputat Vüqar Bayramov isə deyir ki, “qara qızıl” hələ də əvvəlki illərlə müqayisədə baha təklif olunsa da, birjalarda volatillik yüksəlib.

İyunda “Brent” markalı neftin hər barelində 8 dollar azalma qeydə alınıb.

Ötən ayın ilk günündə hər barreli 116 dollara təklif edilən neft daha da ucuzlaşıb: 111.27 dollar.

Foto: Meydan TV

İqtisadçı düşünür ki, neftin dünya bazar qiymətindəki son azalmalar dünya iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır:

“Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb.

Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar”.

“Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunur”, – deyə o bildirib.

Vüqar Bayramovun sözlərinə görə, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda, siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir:

“Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button