2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Neft emalı zavodları sovetdən qalıb

İlham Şaban: “Bu zavodların tam gücüylə işləməsinə dövlətin gücü çatmır”

Energetika naziri Natiq  Əliyev xam neftin istehlakıyla bağlı məsələlərdən  danışıb. Bu gün Bakıda keçirilən  beynəlxalq forumda çıxış edən nazir Azərbaycanda illik xam neft istehlakının  6,5 milyon ton səviyyəsində olduğunu deyib (“APA-Economics”).

Saytların yığılması Saytlarin yigilmasi

Nazirin sözlərinə görə, ölkə ərazisində fəaliyyət göstərən neft emalı müəssisələri, ölkənin xam neftlə təchizatı və neft məhsullarının istehsalı SOCAR-ın inhisarındadır: “Azərbaycanda fəaliyyət göstərən neft emalı zavodlarının ilkin emal üzrə ümumi illik istehsal gücü 18 mln. ton təşkil edir. Lakin istehsal gücünün yalnız 30 faizindən istifadə olunur. Zavodlar hələ SSRİ dövründə tikilib və istismara verilib. Müstəqil dönəmində həmin zavodlarda cüzi yenidənqurma işləri aparılıb. Burada neftin dərin emalını həyata keçirmək mümkün olsa da, zavodlarda nisbətən sadə texnologiyalardan istifadə olunur”.

Neft sahəsi üzrə ekspert İlham Şaban bizimlə söhbətində   SOCAR-ın indiyədək bir çox iri layihələrə imza atdığını deyir.  Şirkətin bu  istiqamətdə  bir sıra  sosial layihələri də olub.  Lakin  SOCAR-a istər 2008-ci ildə verilən irimiqyaslı layihə, yaxud Qaradağda yeni neft emalı  zavodunun tikintisi məsələsi reallaşa bilməyib. 2015-ci ildə Heydər Əliyev adına  neft emalı zavodunun yenidən qurulması da zavodun modernləşdirilməsi qərarıyla nəticələnib:

“Belə iri layihələrdə dövlət  “ayağını yorğanına görə uzadır”.   Hazırda neft məhsullarının illik emal gücü 6,5 milyon tondur. 2019-cu ildə isə bu, 7,5 milyon olacaq.  Real güc buna hesablanıb. Məsələnin mahiyyəti odur ki, neft emal edən zavodların tam gücü ilə işləməsinə dövlətin gücü çatmır”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button