Now Reading:
Neft Fondu 29 banka 100 milyon dollar satdı

Neft Fondu 29 banka 100 milyon dollar satdı

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraca 100 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

Fonddan  verilən məlumata görə, hərraca çıxarılan vəsait 29 banka satılıb.

*   *   *12:18

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 200 mln. ABŞ dolları məbləğində vəsait çıxarılacağı gözlənilir.

“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, çıxarılan məbləğin 4 dəfə artırılması Azərbaycan Mərkəzi Bankının(AMB) dolların məzənnəsinin aşağı salmaq istəməsi ilə əsaslandırılır.

Saytın analitik qrupu hərracda dolların məzənnəsinin 0,2% və ya 0,0031 manat artırıla biləcəyini, amma nağd valyuta bazarında məzənnənin 1,55 AZN/USD səviyyəsinə və hətta bir qədər də aşağı geriləyə biləcəyini proqnozlaşdırır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.