2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Neft Fondunun Rusiyada batırdığı milyonlar

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev

Dövlət Neft Fondunun Rusiyada batırdığı milyonlara indiki karantin dövründə sayı 2,2 milyon nəfər olan 15 yaşa qədər uşaqların hər birinə 330 manat həcmində birdəfəlik yardımlar vermək olardı.

Saytların yığılması Saytlarin yigilmasi

Neft Fondu Rusiyaya daşıdığı 633 milyon dolların 426 milyonunu əridib, yoxa çıxarıb artıq. Neft Fondunun 1 aprel 2020-ci il tarixə açıqladığı rəsmi məlumatdan məlum olur ki, qonşu ölkədə vur-tut 207 milyon dollar dəyərində mal-mülk qalıb. 426 milyonluq itkinin 140 milyon dolları bu ilin I rübünə, 286 milyon dolları isə əvvəlki dövrlərin payına düşür. Rusiya bazarlarına ayaq açdığı ilk gündən bu günədək əldə edilən bütün qazancları da Fondun əlindən çıxıb… Bir neçə əlavə impuls Neft Fondunun Rusiyada saxladığı pulların bütünlüklə axırına çıxa bilər.

Şəxsi pulları olsaydı, bəlkə də havalanardılar bu qədər itkiyə görə. Di gəl ki, bu dərəcədə itki Fondun investisiya resursları üzərində sərəncam verənləri hələ də ayılda, özünə gətirə bilməyib. Hazırkı karantin rejimində əhaliyə verməyə pul tapmaqda nə dərəcədə çətinlik çəkildiyini Neft Fondunun rəhbərliyi, heç olmasa bu ağır zamanlarda öz canında hiss etməlidir. Başa düşməlidirlər ki, itkiyə verilən milyonlara, milyardlara xalqın da, dövlətin də hər zaman kəskin ehtiyacı yarana bilər. Nəzərə almaq lazımdır ki, yalnız Rusiyada itkiyə verilən həmin o 426 milyon dolların (724 milyon manatın) hesabına indiki karantin dövründə sayı 2,2 milyon nəfər olan 15 yaşa qədər uşaqların hər birinə 330 manat həcmində birdəfəlik yardımlar etmək olardı. Amma yanlış investisiya siyasəti ucbatından bu böyüklükdə imkan əldən çıxarılıb. Heç olmasa, yerdə qalan 207 milyonu qoruyub saxlamaq haqqında düşünmək lazımdır. Bunun üçün Fondun rəhbərliyi öz məsuliyyətini dərk etməli, ilk fürsətdəcə investisiya siyasətinə düzəliş aparmalıdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button