Xəbərlər

Neft Fondunun vəsaiti azalıb

2021-ci ilin aprelin 1-ə olan məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun (ADNF) aktivləri 42 milyard 761.3 milyon ABŞ dollarına bərabərdir.

Fondun yaydığı məlumata görə, bu, 2021-ci ilin əvvəlinə nisbətən 1.84 faiz azdır. “Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq, aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub”, – açıqlamada yazılıb.

Amma 2020-ci ilin birinci rübünün sonuna nisbətən aktivlərdə artım var. Həmin vaxt ADNF-nin aktivləri 41 milyard 349.5 milyon ABŞ dollarına bərabər olub.

Xatırlatma

ADNF 1999-cu ildə yaradılıb. Fonda fəaliyyət göstərdiyi dövrdə 150 milyard dollar civarında vəsait daxil olub. Bu vəsaitin böyük hissəsinin büdcəyə transfert olunduğu və bir sıra layihələrə xərcləndiyi bildirilir.

24 saat” “Neft Fondunun vəsaiti azalıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button