2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Neft hasilatımız 10% azalıb

Bu ilin mart ayında SOCAR tərəfindən 624,8 min ton neft hasil edilib.

 

Saytların yığılması Saytlarin yigilmasi

SOCAR-ın statistik rəqəmlərinə igörə, bu, ötən ilin mart ayı ilə müqayisədə 3,31% az, bu ilin fevral ayı ilə müqayisədə isə 8,43% çoxdur.

 

Bu ilin yanvar-mart aylarında ümumilikdə SOCAR tərəfindən 1 mln. 846,1 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 2,74% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 645,1 min ton, fevral ayında isə 576,2 min ton neft hasil edilib.

 

Bu ilin mart ayında ölkə üzrə 3 mln. 113 min ton neft hasil edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 14,70% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 4,61% çoxdur.

 

Bu ilin yanvar-mart aylarında ümumilikdə ölkə üzrə 9 mln. 456,2 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 10% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 367,5 min ton, fevral ayında isə 2 mln. 975,7 min ton neft hasil edilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button