2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Neft qiymətlərinin 40 dollardan yuxarı qalması çətin ola bilər

OPEC gələn həftə Əlcəzairin paytaxtı Əlcəzairdə toplaşmağa hazırlaşır. Qeyri-rəsmi toplantıda hasilatın azaldılması və ya dondurulmasına dair bir razılaşma olmaması vəziyyətində qiymətlərin 40 dollardan aşağı düşəcəyi gözlənilir.

“Marja” Bloomberg-ə istinadən xəbər verir ki, Rusiyanın bütün zamanların ən yüksək səviyyəsində neft hasil edir, Liviya və Nigeriya da axsayan hasilatlarını artırır. Qlobal bazara bu ay ötən ay ilə müqayisədə gündə 800 min barrel artıq neft təklif olunub.

Ən böyük özəl neft treyderi olan Vitol Group-un stajlı meneceri Chris Bake, “Çox istehsal edirik və ehtiyatları düşündüyümüz kimi aşağı sala bilməyəcəyik. Hələ də neft bazası (ehtiyatı) yaradırıq və bu bir problemdir” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Səudiyyə Ərəbistanı daxil OPEC üzvləri rekord səviyyədə neft hasil edərkən, qlobal neft hasilatı çoxluğunun 2017-ci ilə qədər davam etməsi gözlənilir. İran və İraq kimi digər istehsalçılar qabiliyyətlərini gücləndirirlər. Beynəlxalq Enrji Agentliyinə görə, OPEC-ə daxil olmayan ölkələrdə azalan hasilat vəziyyəti balanslaşdırır və qiymətlərin kəskin aşağı düşməsinin qarşısını alır. Citigroup, OPEC-in həmlə etməməsi (razılaşmaması) vəziyyətində qiymətlərin 40 dolların üzərində qalmasının çətin olacağını təxmin edir.

Bu gün Brent nefti 1 faiz ucuzlaşaraq 47.18 dollardan alıcı tapıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button