2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Neft quyularının sovetdən qalan fəsadları həll edilməyib

 

Saytların yığılması Saytlarin yigilmasi

İlham Şaban: “Ekoloji-texnoloji fəsadların aradan qaldırılması üçün yetərli işçi qüvvəsi və maliyyə vəsaiti lazımdır” 

Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov Abşeron yarımadasının şimal, Bakı arxipelaqının cənub-qərb hissəsində yataqların axtarışında potensial  olduğunu deyib. SOCAR rəsmisi deyib ki, həm şimal, həm də cənub tərəfdə, dayaz sularda, keçid zonasında neft yataqlarının açılması mümkündür.

Neft sahəsi üzrə mütəxəssis İlham Şaban öncə xatırladır ki, BP 1997-ci ildən indiyədək dənizdən 3 milyard barelədək  neft çıxarıb. Xəzərdə 9 platforması  olan şirkət bu həddə neftlə bərabər, 210 milyard kubmetr  qaz hasil edib. Bu prosesin ənənəvi olaraq davam etdiyini deyən ekspert, problemin quyuların açılmasında deyil,  sovetdən qalma ekoloji və texnoloji  fəsadlarda olduğunu söyləyir:

“O vaxt buruqlar 10-20 metrdən bir idi və oradan çıxarılan neftin fəsadları da böyük idi.  Hazırda bu sahəyə diqqət yönəldilməlidir. Ekoloji və texnoloji problemləmlərin, fəsadların aradan qaldırılması üçün də  yetərli işçi qüvvəsi və maliyyə vəsaiti lazımdır.  Abşeron ərazisində xeyli sayda neft gölməçələri var. Geoloqlar həmin əraziləri tədqiq etməli və ekoloji baxımdan çirkliliyin səviyyəsini ölçməlidirlər. Dənizin üzərində olan neft qalıqlarını qığan gəmilər  əvvəl çox idi. İndi maliyyə çatışmazlığı  ucbatından bircə gəmi qalıb. Ona görə də bulvar ərazisində dəniz suyu çirklidir. Bu da turizm mövsümündə estetik baxımdan yaxşı görünmür. Bu, eyni zamanda, ekoloji baxımdan da  müsbət hal deyil. Neft quyularının qazılmasının bölgəyə  təsiri olmasa da,  illər öncə qalan fəsadları həll etmək lazımdır. Bu isə böyük maliyyə tələb edir”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button