2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Neftçala sakini: “Od-alovlu Qarabağdan salamat gəldi, Bakıda buna nə oldu?”

Yayımlandı: 26 İyul 2022 12:59

23 yaşlı müharibə veteranı Cavid Bədəlov bir həftədir ki, itkindir

44 günlük İkinci Qarabağ Müharibəsinin iştirakçılarından olmuş 23 yaşlı Cavid Bədəlov bir həftədir ki, itkin düşüb. İyulun 19-da evdən çıxan müharibə veteranını o vaxtdan görən yoxdur. Bu barədə Meydan TV-yə atası – 47 yaşlı Rafiq Bədəlov məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

“Kənddə iş yoxdur deyə, ailəni dolandırmaq üçün Bakıya getdi”

Neftçala rayonunun Xəzər kəndində yaşayan Rafiq Bədəlov danışır ki, oğlu da bu kənddə qeydiyyatdadır. Amma ailə həyatı qurandan sonra paytaxta üz tutub:

“Heç 1 il deyil ailə qurub. Kənddə iş yoxdur deyə, Bakıya getdi. Xırdalanda kirayə qalırdı, fəhləlik eləyirdi. Qaynı ilə birlikdə işləyirdi. Kirayə evdə də həyat yoldaşı, qayınanası, qaynı ilə birlikdə yaşayırdı”.

Rafiq Bədəlovun dediyinə görə, Cavid sonuncu dəfə iyulun 19-da yaşadığı evdən çıxsa da, ona bu barədə iyulun 21-də məlumat verilib. O da dərhal Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə xəbər verib:

“Hər dəfə deyirlər ki, “axtarış aparılır”, bəs nəticə hanı?”

İtkin düşən müharibə veteranının atası – Rafiq Bədəlov. Foto: Meydan TV

“Hər gün zəng eləyib polislərdən soruşuram, maraqlanıram. Bəlkə günə 20 manatlıq kontur yandırıram, amma tapılmır ki, tapılmır. “Gördüm” deyən yoxdur. Hər yerə onun haqqında məlumat vermişəm. Hətta bu gün (iyulun 25-də) Baş Prokurorluğa da zəng eləmişəm. Xahiş eləmişəm ki, axtarışı gücləndirsinlər, bütün orqanlar qoşulsun, oğlumdan bir xəbər çıxsın. Ürəyimiz partlayır. Polislər hər dəfə deyir ki, axtarış aparılır. Bəs nəticə hanı?”.
Atası deyir ki, Cavid Bədəlovun küsüb evdən getməsi, valideynlərindən xəbərsiz haradasa qalması halları əvvəllər olmayıb. Ona görə də ailə Cavidin həyatından çox narahatdılar.

“Toyuq-cücə deyil axı, insandır…”

“O cür odlu-alovlu Qarabağdan sağ-salamat gəlib çıxdı, indi Bakıda buna nə oldu? Cavid elə-belə oğul deyil, müharibədəki xidmətlərinə görə ona 5 medal verilib. Nə qədər tank vurmuşdu. Hətta komandiri mənə zəng eləyib təşəkkürünü bildirmişdi belə övlad yetişdirdiyimə görə. Bu, toyuq-cücə deyil axı, insandır, necə yoxa çıxa bilər?”, – Rafiq Bədəlov bildirib.

11 noyabr 1999-cu il təvəllüdlü Cavid Bədəlov evdən çıxanda üstündə sənəd götürməyib. Əynində isə üstündə xətlər olan ağ köynək, qara şalvar olub.

DİN: “Yəqin ki, yaxın günlərdə təhvil veriləcək”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Cavid Bədəlovun axtarışları davam etdirilir:

“Onun yerinin Bakı şəhərində olduğu müəyyən edilib. Yəqin ki, yaxın günlərdə ailəsinə təhvil veriləcək”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button