2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Neftçala sakini: “Prezident əfv eləyibsə, daha bunlar nə istəyir məndən?”

Yayımlandı: 27 Yanvar 2023 21:28

Bəhruz Əliyev deyir ki, hökmdəki əlavə cəza aradan qaldırılmır

Neftçala sakini Bəhruz Əliyev deyir ki, 4 il həbs həyatı yaşayıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, 2022-ci ilin mayında əfv sərəncamıyla azadlığa buraxılıb.

Onun sözlərinə görə, prezidentin onu əfv etməsinə baxmayaraq, dövlət orqanları hökmdəki əlavə cəzanı aradan qaldırmaq istəmir.

“Nəyə əsaslanıb mənə maneə yaradırlar, başa düşmürəm”

38 yaşlı Bəhruz Əliyev “nia.az” saytının (“Neytral” informasiya agentliyi) rəhbəri olub.

Bu sayt 2012-ci ildə yaradılıb.

Rəhbəri isə 2018-ci il mayın 30-da Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4 (hədə-qorxu ilə rüşvət alma) maddələrilə həbs olunub.

Elə həmin ilin noyabrında isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə bu ittihamlarla 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmə əsasən, ona bununla yanaşı, əlavə cəza da təyin edilib.

O, iki il ərzində dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tuta, jurnalistika fəaliyyətilə də məşğul ola bilməz.

Bəhruz Əliyevin sözlərinə görə, prezidentin 27 may 2022-ci il tarixli əfv sərəncamıyla azadlığa buraxılandan az sonra Neftçala Rayon Probasiya şöbəsinə çağırılıb.

Ona jurnalistika fəaliyyətilə məşğul ola bilməyəcəyi deyilib, hökmdə bununla bağlı qadağa olduğu xatırladılıb:

“Mən isə bildirdim ki, jurnalistika lisenziya, xüsusi icazə ilə məşğul olmalı peşə deyil. İkincisi, mən əfv olunmuşam, deməli, haqqımdakı cəza da qüvvəsini itirib. Axı əfv sərəncamında yoxdur ki, mənimlə bağlı hökmün azadlıqdan məhrumetmə hissəsi bağışlanır, əlavə cəza hissəsi yox. Belə olan halda, nəyə əsaslanıb, mənə maneə yaradırlar, başa düşmürəm. Prezident əfv eləyibsə, daha bunlar nə istəyir?”

“SOCAR haqqında yazıları saytdan silmədiyimə görə həbs olunmuşdum”

Rüşvət ittihamını da qəbul etmədiyini deyən Bəhruz Əliyev vurğulayıb ki, o, sifarişlə həbs olunmuşdu.

Deyir ki, əsas səbəb isə vaxtilə rəhbərlik etdiyi saytda Dövlət Neft Şirkəti (SOCAR) haqqında yayımlanan materialları silmək haqda Prezident Administrasiyasından gələn göstərişi yerinə yetirməməsi olmuşdu:

“SOCAR haqqında yazılarımı silmədiyimə görə məni sifarişlə həbs etdirmişdilər. Rüşvət ittihamı boş söhbət idi. Məhkəmə prosesində bu dediklərimi sübut elədim. Prezident Administrasiyasının məsul adamından mənə gələn telefon zəngləri, mesajlar – bunların hamısı sübutlar idi. O vaxt da fəaliyyətimə görə həbs olunmuşdum, indi də imkan verilmir”.

Ədliyyə Nazirliyi müraciəti yönləndirib…

Bəhruz Əliyev 2018-ci ildə məhkəmə hökmüylə ona verilmiş əlavə cəzanın aradan qaldırılmasıyla bağlı məsələnin həlli üçün Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə müraciət edib.

Bu qurum isə onun müraciətini Şirvan Regional Ədliyyə İdarəsinə yönləndirib.

Bəhruz Əliyev deyir ki, ərizəsinin bu quruma yönləndirilməsindən 4 aydan çox vaxt keçsə də, ortada heç bir nəticə yoxdur.

Meydan TV-nin də Bəhruz Əliyevlə bağlı bu quruma ünvanladığı suallar cavabsız qalıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button