2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Neftçalada AXCP üzvünə hökm oxunub

Dünən Neftçala Rayon məhkəməsində şərlənərək həbs olunduğu bildirilən AXCP üzvü Elnur Fərəcova hökm oxunub.  O,  Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli hesab edilib və barəsində  3 il müddətinə azadlıqdan mərhumetmə cəzası verilib. Bu barədə azadliq.info-ya vəkil Nemət Kərimov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Fərəcov 2016-cı il dekabrın 9-da həbs edilərək Cinayət Məcəlləsinin 234.2-ci maddəsi (Satış məqəsdi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ilə ittiham edilib.

Elnur Fərəcov AXCP, atası isə Müsavat Partiyasının yerli təşkilatının fəalıdır.

Elnur Fərəcov 2016-cı ildə Milli Şuranın mitinqində iştirak etdikdən sonra guya küçədə nalayiq söyüş söyməsi adı ilə 5 sutka inzibati həbs edilib. Bu həbsdən sonra onu işdən azad ediblər. Hazırda həmin həbslə bağlı şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button