2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Neftçalada şəhid gizirin medalı ailəsinə təqdim edildi

Neftçala rayonunda şəhid gizirin 40 mərasimində təltif olunduğu medal ailəsinə təqdim edilib.

“Report” xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Ordusunun şəhid olan 22 yaşlı giziri Elmdar Səfərovun qısa, lakin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində gedən qısamüddətli döyüşlərdə əsl qəhrəmanlıq göstərib və ölümü ilə Vətənə layiq övlad olduğunu bir daha təsdiqləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Sonra şəhid gizirin məzarı ziyarət olunub. Prezidentin sərəncamı ilə şəhidin təltif olunduğu “3-cü dərəcəli xidmətə görə” medalı anasına təqdim edilib.

Qeyd edək ki, şəhid gizir Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olub. O, doğulduğu Neftçalanın Aşağı Qaramanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button