Loading...
Loading...
Cəmiyyət

‘Neftçi’ ‘Dinamo’nu Bakıda da məğlub edib 

Bugün, iyulun 14-də Azərbaycan çempionu “Neftçi” Avrokuboklarda növbəti oyununu keçirib.

Bakı klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçına çıxıb.

Paytaxt təmsilçisi “Bakcell Arena”da Tbilisi “Dinamo”sunu qəbul edib. Gürcüstan təmsilçisi ilə görüş  yenə Azərbaycan klubunun qələbəsi ilə başa çatıb.

Bir həftə öncə səfərdə bu rəqibə 2:1 hesabı ilə qalib gələn Samir Abasovun yetirmələri bu dəfə də meydanı həmin hesabla qələbə ilə tərk edib.

Bununla da “ağ-qaralar” Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Bakı təmsilçisi bu raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gələcək.

II təsnifat mərhələsinin ilk oyunu iyulun 21-də, cavab görüşü isə 28-də baş tutacaq. “Neftçi” bu mərhələyə də səfərdə başlayacaq.

24 saat” “‘Neftçi’ ‘Dinamo’nu Bakıda da məğlub edib ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button