2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Neftçilər: “Sənəddə göstərilir ki, guya biz oteldə karantində qalırıq”

Yayımlandı: 21 Noyabr 2022 13:00

“Şikayət etməkdən də qorxuruq, birdən işdən çıxararlar”

“Bütün dövlət müəssisələrində, hətta xaricə səfər zamanı hava limanında belə koronavirusdan test tələb edilməsi qaydası ləğv olunub. Amma artıq üç ilə yaxındır dənizdə işləyən neftçilərdən koronavirusdan yaxma götürülür. Bizdən test götürülür, sonra da başqaları ilə təmasda oluruq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə dənizdə işləyən neftçi Elvin İsmayılov bildirib. Onun sözlərinə görə, ayda iki dəfə test verməkdən beziblər:

“İşçilərin çoxu uzaq məsafədən gəlirlər. Məhz testə görə tez gəlib hotellərdə, qohum evlərində qalanlar var. Şirkətdə minlərlə insan çalışır, niyə yalnız dənizdə işləyənlərdən test tələb olunur? Vərəqdə göstərilir ki, guya biz 3 gün oteldə karantində qalırıq. Şikayət etməkdən də qorxuruq, birdən işdən çıxararlar”.

Neftçilərin hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, neftçilər bununla bağlı təşkilata da müraciət ediblər.

“Neftçilər soruşurlar ki, yaxma yoluxmadığını müəyyənləşdirmək üçündürsə, niyə analizdən sonra evə buraxılırlar? Çünki yolboyu çoxlu sayda insanlarla təmasda olurlar. Belə olduğu halda COVİD-ə yoluxma ehtimalı da olur. Rayondan gələnlər də var. Yaxma verib qohum evində qalan, yenidən rayona qayıdan da var”,- Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisi deyib ki, barkodun üzərinə “Caspian otel” yazılıb. Belə çıxır ki, neftçilər həmin oteldə qalır, oradan analiz verməyə gedirlər. Neftçilər isə deyirlər ki, nəinki həmin oteldə, ümumiyyətlə heç bir oteldə karantində qalmırlar:

“Deyilənə görə, SOCAR bunun üçün seçilmiş klinikalara il ərzində 10 milyon manata yaxın vəsait ödəyiır. Onu da qeyd edim ki, hər işçidən götürülən yaxma üçün SOCAR 150 manata yaxın pul ödəyir. Hər gün Zığda və dəniz vağzalında 400-ə yaxın işçidən yaxma götürülüb yenidən evinə göndərilir”.

Foto: Mirvari Qəhrəmanlının şəxsi profilindəndir

Təşkilat rəhbərinin sözlərinə görə, yaxma götürüləcək işçiləri siyahi ilə çağırıb onlara barkod verirlər, sonra analiz götürürlər. Həmin barkod da həkimə təqdim edilir. Həkim isə barkodu işçinin analiz tübikinə yapışdırır və özünə qaytarır.

“Yaxmadan sonra işçiləri hotelə aparmalıdırlar ki, kənarla təmas olmasın. Amma evə göndərirlər”, deyən Mirvari Qəhrəmanlı hesab edir ki, deyilənlər ciddi şəkildə araşdırılmalıdır.

Məsələ ilə bağlı bir neçə gün əvvəl SOCAR-ın mətbuat xidmətinə sorğu göndərilib və cavab verilməyib. Oteldən isə müştərilər haqqında məlumat verilməyəcəyini deməklə kifayətləniblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button