2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Neftçilərdən birinin meyiti sahilə gətirildi

58 yaşlı İlham Qafarov ailəli idi, onun 3 övladı var

Xəzərdə baş verən qəzada həlak olan neftçi İlham Qafarovun meyiti bu dəqiqələrdə Qaradağ rayonundakı sahil limanına gətirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə hadisə yerində olan əməkdaşına mərhumun qardaşı Davud Qafarov məlumat verib. Meyit sahilə gəmi ilə gətirilib.

Qeyd edək ki, mərhumun qardaşı Davud Qafarov hadisə baş verən an N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus başqa buruqda çalışırmış.

İ.Qafarovun meyiti bir qədər sonra ailə üzvlərinə təhvil veriləcək.

1958 il təvəllüdlü Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Qafarov ailəli idi, onun 3 övladı var.

Qeyd edək ki, bu gün səhər saatlarında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər dənizdə itkin düşüb. İtkin düşənlərdən İlham Qafarovun meyiti dənizdə tapılaraq, sudan çıxarılıb. (lent.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button