2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Neftin bahalaşacağına son ümid də öldü

Neft ixrac edən ölkələrin təşkilatı OPEC-də yeni qalmaqal yaranıb. “Reuters” agentliyi OPEC üzvü olan ölkələrlə kartelə üzv olmayan ölkələrin nümayəndələrinin ötən həftə Vyanada hasilatın məhdudlaşdırılması məsələsi ilə bağlı keçirilmiş iki günlük toplantısı zamanı Səudiyyə Ərəbistanı nümayəndə heyətinin İranı hədələdiyini bildirir. Bu haqda agentliyə müzakirələrdə iştirak etmiş beş ayrı mənbə məlumat verib. (virtualaz.org)

Məlumata görə Səudiyyə təmsilçiləri İrana xəbərdarlıq edib ki, əgər onlar hasilatın dondurulması və ixtisarına razılıq verməsələr o zaman Ər-Riyad hasilatı kəskin artıracaq. Səudiyyə nümayəndələrinin İranla yanaşı hasilatı azaltmaq istəməyən digər ölkələri də bu haqda xəbərdar etdiyi bildirilir.
“Səudiyyəllər hasilatı gündə 11 milyon barrelə, hətta 12 milyon barrelə qaldıracaqları, nəticədə nefti yenidən kəskin ucuzlaşdıracaqlarını dedilər. Bundan sonra Krallıq OPEC-in noyabrın 30-na planlaşdırılmış görüşünə də qatılmayacağını bildirdi”-Vyana görüşündə iştirak edən mənbə deyib.
Lakin Fars körfəzi ölkələrindən birinin nümayəndə heyətindəki mənbə Səudiyyə Ərəbistanının hasilatı artırmaqla hədələdiyini təsdiq etməyib. Mənbə deyib ki, hasilat arta bilər, ancaq bunun dəqiq belə olacağını demək çətindir. OPEC-in baş katibi Məhəmməd Barkindo isə bildirib ki, Səudiyyə nümayəndə heyətinin danışıqlara töhfəsi “həmişəki kimi konstruktiv idi”.

Xatırladaq ki, Azərbaycanın energetika naziri Natiq Əliyevin sədrlik etdiyi (Natiq Əliyev toplantıda nazir statusunda iştirak edən yeganə nümayəndə olduğu üçün sədrlik ona həvalə edilmişdi) Vyana toplantısında hasilatın məhdudlaşdırılmasını razılaşdırmaq mümkün olmayıb. Natİq Əliyev jurnalistlərə bildirmişdi ki, İran və İraq hasilatın məhdudlaşdırılmasını dəstəkləmir, onlar daha çox bazarda paylarını artırmaq barədə düşünürlər. Məsələ noyabrın sonlarında OPEC-in neft nazirlərinin toplantısında bir daha müzakirəyə çıxarılmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

“Reuters”ə məlumat verən digər mənbə deyib ki, Vyana görüşündə Səudiyyə nümayəndə heyəti noyabrın sonlarında OPEC-ə daxil olan və olmayan neft ölkələrinin birgə toplantısında iştirak etməyəcəkləri haqda xəbərdarlıq edib. Ər-Riyad təmsilçiləri bunun İranın hasilatı azaltmaqdan imtina etməsi ilə əsaslandırıb. Lakin daha sonra görüşün digər iştirakçıları səudiyyəliləri həmin görüşdə iştirak etməyə razı sala biliblər.

“Biz hiss edirdik ki, səudiyyəlilər görüşü pozmaq istəyirlər”-mənbə deyib. Mənbənin sözlərinə görə OPEC üzvləri və kartelə daxil olmayan neft ölkələri İrandan narazıdır. Çünki İran hasilatı dondurmaq istəmir. Hətta İraq da İrana qoşulub və regiondakı hərbi münaqişəni əsas gətirərək hasilatı artırmaq istəyir.

İran sanksiyaların götürülməsindən sonra neft hasilatını gündə azı 4 milyon barrelə qaldırmağa çalışır. Hazırda hasilat həcmi bu rəqəmə yaxındır. Tehran OPEC-in ümumi hasilatında 12.7 faiz paya malik olmağı, sutkada 4.2 milyon barrel neft hasil etməyi planlaşdırır. Səudiyyə Ərəbistanı isə hesab edir ki, İran hasilatı sutkada 3.66 milyon barrelə endirməlidir.

Lakin analitiklər qeyd edir ki, Səudiyyə Ərəbistanının özü bu məsələdə ədalətli davranmır. Ər-Riyad 2014-cü ildən bəri gündəlik hasilatı 1 milyon barrel artıraraq neftin kəskin ucuzlaşmasına səbəb olub, indi o, qalan OPEC ölkələrindən hasilatı gündə cəmi 400 min barrel azaltmağı istəyir.
İran isə Səudiyyə Ərəbistanının bu taktika ilə bazarda daha çox pay əldə etməsindən narazıdır. “Neft sənayesində iş bizim üçün hərbi cəbhədə döyüş kimidir. Biz öz səngərlərimizi saxlamalı, hasilatı bacardığımız qədər artırmalıyıq. İran OPEC-dəki əvvəlki kvotasını geri qaytarmaq səylərini heç vaxt dayandırmayacaq”-İranın milli neft şirkəti NİOC-un prezidenti Əli Kador deyib.

Xatırladaq ki, hasilatın dondurulmasına dair bundan əvvəl Əlcəzairdə əldə edilmiş ilkin razılaşma sayəsində neft bahalaşaraq 50 dolları keçmişdi. Lakin Vyana görüşünün nəticəsiz bitməsindən sonra neft yenidən ucuzlaşdı və 45 dollara qədər endi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button