2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Neftlə bağlı proqnozlar pisləşdi

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə dair neft qiymətləri proqnozunu aşağı salıb.

“Marja” xəbər verir ki, EIA-nın may ayı “Qısa Dövr Enerji Mənzərəsi” hesabatında qlobal xam neft ehtiyatlarının hələ də yüksək olduğuna və neft qiymətlərinin keçən cümə günü son 5 ayın ən aşağı səviyyəsinə zəiflədiyinə diqqət çəkilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabatda, sözügedən səbəblərə görə, 2017-ci ilə dair neft qiymətləri proqnozu 1 dollar aşağı salınıb.

ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftin orta hesabla barrel qiymətinin bu il 51 dollar olmasının gözləndiyi, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 53 dollar səviyyəsində olmasının nəzərdə tutulduğu məlumatına yer verilib.

EIA, keçən ay yaydığı “Qısa Dövr Enerji Mənzərəsi” hesabatında, WTI növü xam neftin orta hesabla barrel qiymətinin 52 dollar, Brent tipi xam neftin orta hesabla barrel qiymətinin də 54 dollar olaraq təxmin edildiyini bildirmişdi.

Digər tərəfdən, gələn  ilə dair WTI növü xam neftin barrel qiyməti proqnozunu 55 dollara, Brent tipi xam neftin barrel qiyməti proqnozu də 57 dollarlarda sabit saxlanılıb.

 ABŞ-ın Neft hasilat proqnozunu qaldırılıb

EIA həmçinin, may ayı hesabatında ABŞ-ın bu il və gələn ilə dair xam neft istehsalı proqnozunu gündəlik orta hesabla 0,1 milyon barel artırıb.

Belə ki, ABŞ-ın builki xam neft istehsal gözləntisi gündəlik orta hesabla 9,2 milyon bareldən sutkada orta hesabla 9,3 milyon barelə qaldırılıb.

Bundan başqa, ABŞ-ın gələn il üçün xam neft istehsalı proqnozu də gündəlik orta hesabla 9,9 milyon bareldən sutkada orta hesabla 10 milyon barelə qaldırılıb.
Ölkədə ötən il xam neft istehsalı gündəlik orta hesabla 8,9 milyon barel, keçən ay isə gündəlik orta hesabla 9,1 milyon barrel olmuşdu.

 

Qlobal neft hasilatı və istehlakı

Qlobal neft hasilatına dair proqnozunu da dəyişən EIA, dünya üzrə neft hasilatı proqnozunu bu il və gələn il üçün gündəlik orta hesabla 0,2 milyon barel yuxarı qaldırıb.

Qlobal neft hasilatının bu il gündəlik orta hesabla 98,3 milyon barel əvəzinə 98,5 milyon barel, gələn il də gündəlik orta hesabla 100,2 milyon barel əvəzinə 100,4 milyon barel olması ehtimalı verilib.

EIA, qlobal neft istehlakının da bu il gündəlik orta hesabla 98,3 milyon barrel, gələn il də gündəlik orta hesabla 99,9 milyon barel olmasını nəzərdə tutur.

Qlobal neft hasilatı və istehlakı arasında yaranması gözlənilən 2017-dəki gündəlik orta hesabla 0,2 milyon barellik və 2018-dəkii gündəlik orta hesabla 0,5 milyon barellik fərqin, xam neft qiymətlərni aşağı salacağı ehtimal edilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button